Axar.az
Yuxarı

Hərbi ekspert: "Ermənistan əsgəri ölmək istəmirsə..."

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən işğal edilən ərazilərimizdə Azərbaycan Ordusunun düşmənə ciddi zərbə vuraraq, onu ağır itkilərə məruz qoyması beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə qanunauyğundur.

Axar.az xəbər verir ki, bu fikri hərbi ekspert, ehtiyatda olan polkovnik İlqar Əliyev AzərTac-a açıqlamasında deyib.

İ.Əliyev bildirib ki, bu günədək Ermənistandan başqa heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünü inkar etməyib. BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq qurumların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması açıq və qəti şəkildə qeyd edilib. Həmin sənədlərdə Ermənistan təcavüzkar ölkə kimi tanınıb və işğal altındakı ərazilərimizi dərhal və qeyd-şərtsiz tərk etməsi tələb olunub. Ona görə də Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə ağır itkilər verməsi məntiqi sual doğurur: Axı Ermənistanın başıbəlalı əsgər və zabitlərinin başqasının torpağında nə işi var və onlar nə üçün burada ölürlər?

Ekspert vurğulayıb ki, bu günədək heç bir dövlət, hətta Ermənistanın özü belə qondarma “Dağlıq Qarabağ respublikası”nı müstəqil dövlət kimi tanımayıb. Beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, ermənilərin bu ərazilərdəki bütün hərbi strukturları qanunsuz birləşmələr hesab olunur. O zaman daha bir sual yaranır: quldur dəstələrin tərkibində erməni əsgərlərinin nə işi var və niyə onlar burada hədər yerə məhv olurlar. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünə qəsd edən təcavüzkarı məhv etmək hüququna və qüdrətinə malikdir. Bu işdə heç kimin Azərbaycanı günahlandırmağa ixtiyarı yoxdur. Çünki bu qanunlar bütün ölkələrin konstitusiyalarında və digər hüquqi sənədlərində əksini tapıb.

“Xüsusi qeyd etmək lazımdır ki, işğal olunmuş ərazilərdə erməni əsgərlərin ölümlərinin günahkarı və erməni analarının göz yaşlarının səbəbkarı Ermənistanın hazırkı cinayətkar hərbi-siyasi rəhbərliyidir. Yaranmış bu vəziyyətdən erməni əsgərlərinin iki çıxış yolu var. Birincisi, Azərbaycan tərəfinə keçərək, dövlətimizin və xalqımızın humanistliyinə sığınmaqdır. Azərbaycan onların istəyinə uyğun olaraq, üçüncü dövlətə keçmələrinə şərait yarada bilər. İkincisi, əgər onlar ölmək istəmirlərsə öz xoşları ilə bizim əraziləri tərk etməlidirlər. Əks təqdirdə, Azərbaycan tərəfi qəti qələbəyədək düşməni məhv etmək üçün bütün hüquqlara və hərbi qüdrətə malikdir”, - deyə İ.Əliyev bildirib.

Tarix
2017.02.15 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Bakının bu rolunu Türkiyə də etiraf etdi"

ANAMA-dan Cocuq Mərcanlı ilə bağlı yeni məlumat

ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Bakıya gəlir - Video

Cocuq Mərcanlıda nə qədər ərazi təmizlənib? - Foto

Müdafiə Nazirliyi torpaq sahəsi alacaq

Ermənilər cəbhə xəttini atəşə tutdu

Hərbi ekspert: "Ermənistanın cəbhədəki itkiləri..."

Hərbi ekspert: "Düşmən ağır itkilər verir"

Ordumuz erməni diversiya qrupunu belə məhv etdi - Video

Rusiyada Xəzər kuboku müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla