Yuxarı

"Bakının bu rolunu Türkiyə də etiraf etdi"

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakının bu rolunu Türkiyə də etiraf etdi"

Amerikalı və rusiyalı generalların görüş məkanı kimi Azərbaycanın paytaxtı Bakının seçilməsi heç də təsadüfi deyil. Paytaxtımız hərbi-siyasi baxışlarına görə iki qütbə bölünmüş dünyada dialoq məkanı kimi tanınır. Bu, həm də Azərbaycan dövlətinin azad və müstəqil siyasi xəttinin olmasının, beynəlxalq nüfuzunun, rəsmi Bakıya inam və etibarın nəticəsidir.

Axar.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda keçirilən görüşünü AzərTac-a şərh edən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib.

Ramil Məmmədli deyib ki, bu görüşün Bakıda keçirilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu, o deməkdir ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik missiya nəticəsində Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak etməsi ilə bir daha sülhpərvər ölkə olduğunu hər kəsə bəyan etdi. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında mühüm rola malikdir, barışdırıcı missiya həyata keçirir. Ölkəmiz Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynadı. Bunu Türkiyə rəhbərliyi də etiraf etdi. Bundan başqa, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatlarında rəsmi Bakının fəaliyyəti də göz qabağındadır. Bir sözlə, Azərbaycanda mövcud olan sabitlik, təhlükəsizlik ölkəmizi belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

Tarix
2017.02.16 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla