Yuxarı

Ciddi rəqibə qarşı oynayacağıq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ciddi rəqibə qarşı oynayacağıq - Qurbanov

Oyuna yaxşı hazırlaşmışıq.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İrlandiyanın “Şelburn” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis ciddi rəqibə qarşı oynayacaqlarını bildirib:

"Növbəti mərhələ barədə düşünmürük. Bütün diqqətimizi "Şelburn"la matça yönəltmişik. Hər şey plan üzrə gedir. Bakıdakı matçda daha yaxşı oynamaq istəyirik. Az səhv edib qələbə qazanmaq niyyətindəyik".

Transfer məsələsinə də toxunan Q.Qurbanov yarımmüdafiə və hücum xəttinə futbolçular axtardıqlarını vurğulayıb:

"Danışıq apardığımız bəzi oyunçularla anlaşa bilmədik. Onlar başqa klublara keçdilər. Əlimdə olan futbolçulardan da razıyam. Əgər alınsa, yaxın vaxtlarda transferlər baş tutacaq".

Təcrübəli çalışırdıcı Mateus Silvanın mərkəz müdafiəçisi mövqeyində özünü doğrultduğunu qeyd edib:

"Mateus özünü həmin mövqedə yaxşı hiss edir. Hər oyunçunun potensialına uyğun davranırıq. Qapıçı seçiminə gəlincə, həm Mateuş Koxalski, həm də Fabian Buntiçi oynadıb, formadan düşmələrinə imkan vermək istəmirik. Heyət seçimi oyunçuların məşqlərdəki göstəricisindən asılı olur".

Mütəxəssisin sözlərinə görə, yeni transfer Same Mmaenin öz formasını bərpa etməsi üçün müəyyən qədər vaxt lazımdır:

"Bəyəndiyimiz oyunçudur. Ona inanırıq. Redon Cica məsələsinə gəlincə, Juninyo gəldikdən sonra əsas heyət uğurunda mübarizə aparırdı. Az oynasa da, meydana çıxdığı matçlarda bizə fayda verirdi. Bu cür futbolçunun komandamda qalmasını istərdim. Qol duyumu olan hücumçu idi".

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” matçı saat 20:00-da başlayacaq. Ağdam klubu ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

Tarix
2025.07.29 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla