Yuxarı

Qurbanov Rusiya klubunun baş məşqçisi ola bilər - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov Rusiya klubunun baş məşqçisi ola bilər - Foto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın "Spartak" klubunu çalışdıra bilər.

Axar.az "Mediasport"a istinadən xəbər verir ki, mütəxəssis Moskva təmsilçisinin baş məşqçisi olmağa 4 əsas namizəddən biridir.

İddiaçılar sırasında Albert Riera, İvan İviç və İqor Şalimovun da adı var.

Rusiya mətbuatı Qurbanov haqda geniş paylaşım edib:

"Ən gözlənilməz, amma maraqlı variant: xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada "Baltika" və "Fakel" klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, "Qarabağ"da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil, bir sıra rusiyalı futbolçunun məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib".

Xatırladaq ki, Rusiya mətbuatı "Spartak"ın 2024-cü ildən baş məşqçi postunda olan serbiyalı Deyan Stankoviçi bugünlərdə istefaya göndərəcəyini yazır.

Tarix
2025.08.11 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla