Yuxarı

Arda hakimə hücum çəkdi: UEFA-dan cəza...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arda hakimə hücum çəkdi: UEFA-dan cəza...

UEFA avrokubok oyunları zamanı hakimi təhqir etdiyi və fiziki təzyiq göstərdiyi üçün "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turana qarşı intizam tədbirləri tətbiq edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, UEFA-nın İntizam Komitəsi baş məşqçi ilə bağlı yekun qərarını növbəti günlərdə açıqlayacaq.

Qeyd edək ki, görüşün 82-ci dəqiqəsində baş hakim Daniel Zibert "Şaxtyor Donetsk"in futbolçusu Oleq Oçeretkoya qırmızı vərəqə göstərib. Arda Turan isə referinin qərarına əsəbiləşib. O, hakimlə mübahisə edib. Arda Turan bu hərəkətlərinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Hakimin verdiyi cəza baş məşqçini daha da qəzəbləndirib. O, hakimə hücum edib. Ukrayna təmsilçisinin texniki heyətində yer alan bir şəxs vəziyyətə müdaxilə edib. Bununla da mübahisə başa çatıb.

Xatırladaq ki, "Şaxtyor Donetsk" - "Panatinaikos" matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Bu komandalar arasında ilk oyunda da heç-heçə qeydə alındığı (0:0) üçün penaltilər seriyası oynanılıb. Burada isə Yunanıstan klubu daha dəqiq olub (4:3) və mərhələ adlayıb.

Tarix
2025.08.15 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla