Yuxarı

İkiqat Avropa çempionu millidən niyə uzaqlaşdırıldı?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkiqat Avropa çempionu millidən niyə uzaqlaşdırıldı?

Cüdo üzrə milli komandanın üzvü Tuncay Şamil Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən haqsız şəkildə milli komandadan uzaşlaşdırıldığını bildirilib.

Bu barədə Axar.az-a Tuncay Şamilin özü məlumat verib.

Onun sözlərinə görə, buna səbəb 2025-ci il iyulun 31-də Makedoniyaya yarışa gedərkən komandanın digər üzvü Aslan Kotsoyevlə yaranmış kiçik mübahisə olub:

“Mübahisə zamanı Kotsoyev mənə qarşı fiziki şiddət göstərib və hadisə hava limanının müşahidə kameralarında lentə alınıb. Bütün bu sübutlara rəğmən Cüdo Federasiyasının rəsmiləri Kotsoyev barəsində heç bir tədbir görməyib və təqsirim olmadığı halda məni komandadan uzaqlaşdırmaq qərarına gəliblər. Federasiya rəsmiləri tərəfindən mənə dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilib”.

İdmançımız iddia edir ki, ona qarşı qərəzli mövqe 2025-ci il iyunun 22-də Berlində keçirilən beynəlxalq yarışda millinin digər üzvü Aslan Kotsoyevi məğlub etməsindən sonra başlayıb:

“Bu qalibiyyət hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməmiş və həmin arenada mənə qarşı soyuq münasibət göstərib. Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı olan Aslan Kotsoyevin mövqeyindən çıxış edən federasiya rəsmiləri məni komandadan uzaqlaşdıraraq Azərbaycan adından yarışlarda iştirak etmək hüququmu əlimdən almaqla hansı maraqlara xidmət etdiklərini açıq-aşkar sübut etmiş oldular”.

Tuncay Şamilin sözlərinə görə, Cüdo Federasiyasında daha öncə də iki idmançı arasında bıçaqlanma hadisəsi olmuş və hər ikisi barəsində 3 ay komandadan uzaqlaşma qərarı qəbul edilmişdi:

“Hazırda hər ikisi komandanın üzvü kimi yarışlarda iştirak edirlər. Xüsusi vurğulamaq istəyirəm ki, o idmançılardan biri federasiya prezidentinin müşaviri Natiq Bağırovun şagirdi olduğuna görə həmin hadisəni ört-basdır etmişlər. Elə bu hadisə də sübutdur ki, federasiya yaranmış vəziyyətləri obyektiv dəyərləndirmir və hansısa maraqlara xidmət edir. Çox güman ki, baş verən hadisələr barədə federasiya prezidentinə həqiqətlər təhrif edilmiş şəkildə məruzə edilir.

Mənə qarşı edilmiş haqsızlığın araşdırılmasını, ədalətin bərqərar olunmasını tələb edirəm”.

İdmançı məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanladığını deyib.

Qeyd edək ki, Tuncay Şamil gənclər arasında 2 dəfə Avropa çempionu, 1 dəfə Avropa ikincisi, 3 dəfə də Avropa üçüncüsü olub.

Tarix
2025.08.29 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla