Yuxarı

LGBT qalmaqalı: İran və Misir FİFA-ya etiraz etdilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
LGBT qalmaqalı: İran və Misir FİFA-ya etiraz etdilər

İran və Misirin futbol federasiyaları FİFA-ya göndərdikləri rəsmi mesajda DÇ-2026-da iki ölkə komandalarının qarşılaşması zamanı cinsi azlıqların simvollarından istifadə etməyəcəklərini və komandalarının kapitanlarının “göy qurşağı” sarğısını qollarına bağlamayacağını bildiriblər.

Axar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

İran Futbol Federasiyası isə yaydığı bəyanatda homoseksualizm təbliğ olunacağı təqdirdə milli komandanın oyundan çəkiləcəyini açıqlayıb.

İran mediası FİFA-nın Tehran və Qahirənin etirazını nəzərə alacağı ehtimalının yüksək olduğunu yazıb:

“İran və Misirin ortaq mövqeyini nəzərə alaraq, FİFA-nın gərginliyin qarşısını almaq və normal yarış şəraitini qorumaq üçün müdaxilə edib oyunların keçirilməsi qaydasında dəyişikliklər etməsi gözlənilir”.

Qeyd edək ki, DÇ 2026-nın püşkatma mərasimindən əvvəl Sietl şəhərinin Təşkilat Komitəsi 2026-cı il iyunun 26-na planlaşdırılan turnir oyununun LGBT-yə həsr olunacağını elan edib. Həmin gün isə püşkatma iə İran və Misir komandalarının qarşılaşacağı məlum olub.

Tarix
2025.12.09 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla