Yuxarı

Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur

Ağır çəki üzrə tanınmış iranlı güləşçi Əmir Rza Məsumi yaxın günlərdə Azərbaycan Güləş Federasiyası ilə müqavilə imzalayacaq və milli komandanın tərkibində yarışlara qatılacaq.

Axar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

Qeyd olunub ki, proses İran Güləş Federasiyası razılıq vermədiyi üçün uzanır:

"İran Güləş Federasiyasının razılıq məktubu verməməsi səbəbindən Məsumi 2027-ci ildən etibarən Azərbaycan üçün mübarizə apara biləcək. Ancaq onun və Azərbaycan Güləş Federasiyasının əsas niyyəti 2028-ci il Los-Anceles Olimpiadasında iştirak etməkdir".

Bu xəbər İran mediası və idman ictimaiyyətində narazılıqla qarşılaşıb, hətta bəziləri Məsumini satqınlıqda da günahlandırıblar.

Bəzi media orqanlarının yazdığına görə, Azərbayca Güləş Federasiyası iranlı güləşçiyə aylıq 22 min dollar əmək haqqı ödəyəcək.

Qeyd edək ki, bir müdət əvvəl də Yunan-Roma güləşi üzrə İran milli komandasının keçmiş baş məşqçisi Məhəmməd Bənna Azərbaycan Güləş Federasiyası ilə danışıqlardan sonra milli komandaya rəhbərlik etmək barədə razılığa gəlib.

Tarix
2025.12.29 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla