Ana səhifə İdman |
UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq klubların nə qədər qazanacaqları barəsində açıqlama yayıb.
APA-nın məlumatına
görə, bu barədə qurumun rəsmi saytından xəbər verilib.
Belə ki, həlledici mərhələdə mübarizə aparacaq 48 komandanın hər
biri minimum 2.6 milyon avro əldə edəcək. Qruplarda qazanılacaq hər
qələbə 360 min, heç-heçə 120 min avro ilə mükafatlandırılacaq. İki
komandanın oyununda qeydə alınan bərabərlik zamanı geridə qalan 120
min avro isə yığılaraq qrup mərhələsində çıxış edən klubların
arasında qələbə sayına görə bərabər bölünəcək.
Hər bir qrup birincisi 600 min, ikinci isə 300 mini öz hesabına
köçürəcək. 1/16 finalda çıxış edəcəklər əlavə olaraq 500 min, 1/8
finalda oynayacaqlar 750 min, 1/4 finalın iştirakçıları 1 milyon,
yarımfinalçılar isə hərəyə 1,6 milyon qazanacaq.
Avropanın ikinci dərəcəli klub turnirinin qalibi əlavə 6.5 milyon,
finalçı isə 3.5 milyon avro əldə edəcək.
Bundan əlavə, hər komandanın bilet satışından əldə etdiyi gəlir də
öz hesabına keçəcək.
Tarix
2016.08.26 / 23:38
|
Müəllif
Axar.az
|