Yuxarı

Ən bahalı türk futbolçu - Yeni transfer qiymətləri

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən bahalı türk futbolçu - Yeni transfer qiymətləri

Dünyanın ən dəyərli futbolçularının siyahısı yenilənib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Transfermarkt”da qeyd olunub.

Qiyməti 50 milyon avro və üzərində olan oyunçuların yer aldığı siyahıda PSJ-nin ulduzu Kilian Mbappe, “Mançester Siti”nin hücumçusu Erlinq Haland və “Barselona”nın gənc istedadı Lamin Yamal 200 milyon avro ilə zirvədə qərarlaşıb.

Onları 150 milyon avro ilə Vinisius Junior və Pedri izləyir. 140 milyon avro dəyərində Cud Bellinqem və Maykl Olise yer alıb. 120 milyonluq futbolçular sırasında isə Bukayo Saka, Camal Musiala, Deklan Rays və Federiko Valverde var.

Siyahıda Türkiyə millisinin üzvləri də diqqət çəkir. Arda Güler 90 milyon avro bazar dəyəri ilə ən dəyərli türk futbolçu kimi üst sıralarda qərarlaşıb. “Yuventus”un oyunçusu Kenan Yıldız isə 75 milyon avro ilə həm klubunun ən dəyərlisi olub, həm də A Seriyasında Lautaro Martinesdən sonra ikinci pilləyə yüksəlib.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen də 75 milyon avro ilə siyahıya düşüb və Avropanın “5 böyük liqası”ndan kənarda çıxış edən yeganə futbolçu kimi fərqlənib.

Yeniləmədə dəyəri ən çox artan oyunçular arasında Fermin Lopes (+30 milyon, 100 milyon), Jeremi Jaket (+35 milyon, 55 milyon), Yan Diomande (+30 milyon, 75 milyon), Luka Vuşkoviç (+20 milyon, 60 milyon) və Rayan Şerki (+15 milyon, 65 milyon) yer alıb. Dominik Soboslai də 15 milyon artımla 100 milyon avroya çatıb.

Dəyəri azalan futbolçular da olub. Aleksander Isak 20 milyon avro itirərək 100 milyona düşüb. Cud Bellinqem, Rodri və Martin Odeqor 10 milyon avro geriləyib. Bukayo Saka, Camal Musiala və Koul Palmer də 10 milyon avro dəyər itirənlər arasındadır.

Qeyd edək ki, növbəti yeniləmənin may ayının sonlarında açıqlanacağı gözlənilir.

Tarix
2026.04.03 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla