Yuxarı

"Hakimin haqsızlığına görə oyuna çıxmayacağam"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çətin oyun oldu. Tayland yığması güclü rəqibdir. Heyətindəki oyunçular artıq 5-6 ildir birgə oynayır. Bir-birlərini uzun müddətdir tanıdıqlarından meydanda yaxşı anlaşırlar.

Bunu Report-a açıqlamasında Azərbaycan futzal yığmasının üzvü Vassura Kolumbiyada keçirilən dünya çempionatının 1/8 final mərhələsində Tayland yığmasına 13:8 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Braziliyalı legioner müdafiə xəttinin üzərinə böyük yük düşdüyünü söyləyib:

"İlk hissədən fərqli olaraq, ikinci hissədə daha yaxşı oynadıq. Yorğunluq öz sözünü dedi. Psixoloji cəhətdən yüklənmə vardı. Bu, oyundur. Kim qol imkanlarını daha yaxşı reallaşdırsa, o da qalib olur".

Yığma üzvü görüşün məhsuldar keçməsini təsadüfi saymadığını bildirib:

"Əlbəttə, bir oyunda 21 qol çoxdur. Böyük hesab ona görə qeydə alındı ki, hər iki komanda durmadan hücum edirdi. Əsas vaxt 7:7 hesablı bərabərliklə bitdi. Əlavə vaxtda daha yaxşı oynadıq və ümumilikdə 13 qol vurduq".

Vassura oyundan sonra oğlu ilə telefon əlaqəsi yaratdığını deyib:

"O, mənə azarkeşlik edir, məndən qol gözləyir. Taylanda 3 qol vuracağımı gözləyirdi. Ancaq mən 2-sini vurdum. Hər halda, mənə görə sevindi və təbrik etdi".

Azərbaycan yığmasını 1/4 finalda Portuqaliya yığması ilə çətin sınaq gözləyir. Ancaq Vassura növbəti sarı vərəqəsini aldığından, həmin matçda komandaya kömək edə bilməyəcək. O, hakim haqsızlığı ilə üzləşdiyini bildirməklə yanaşı, yarımfinala vəsiqə şanslarına toxunub:

"Güclü rəqiblə qarşılaşacağımızdan, çox çətin olacaq. Cəzalı vəziyyətə düşəndə xeyli məyus oldum. Çünki belə bir vacib matçda yığmaya kömək etmək istəyirdim. Bilirəm ki, komandamız güclüdür. Ancaq mən də oynamaq, meydanda olmaq istəyirdim. Kənarda qalmağım, ilk növbədə, özüm üçün pisdir. Hesab edirəm ki, hakim məni haqsız yerə cəzalandırdı. Mən sarı vərəqəlik hərəkət etməmişdim. Oyunun videotəkrarı var, FİFA-da da buna baxa bilərlər. Mən heç nə etməmişdim, ancaq cəzalandıım. Fikrimcə, şanslar bərabərdir. Heyətimizdə braziliyalı, azərbaycanlı oyunçular var. Sonadək mübarizə aparacağıq. Əlbəttə, Portuqaliya yığması güclüdür. Ancaq düşünürəm ki, Azərbaycan yığması daha üstündür".

Qeyd edək ki, bu gecə saat 3:00-da başlanacaq Portuqaliya ilə matçda Azərbaycan yığmasının daha 2 üzvü - qapçı Rövşən Hüseynli ilə digər braziliyalı legioner Fineo da cəza üzündən meydana çıxa bilməyəcəklər.

Tarix
2016.09.25 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan sərhədlərimizdə nə planlaşdırır? - Nikolun məqsədi...

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla