Yuxarı

Əcnəbi hakimlərə ehtiyac var – Millinin kapitanı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən hər zaman yerli hakimləri də, həkimləri də, məşqçiləri də dəstəkləmişəm. Ancaq bəzən elə vəziyyət yaranır ki, təzyiqlərə tab gətirmək olmur.

APA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

“CBC Sport” kanalında yayımlanan “3-cü hissə” verilişinə qonaq olan milli komandamızın kapitanı artıq bəzi prinsipial oyunlarda əcnəbi hakimlərə ehtiyac olduğunu qeyd edib: “Heç kim məndən inciməsin, ancaq artıq bəzi matçlarda əcnəbi hakimlərin idarə etməsinə ehtiyac var. Bu il bir daha bu fikrimdə əmin oldum. Çünki haqsız yerə cəzalar, itkilər çox olur. Şəxsi fikrimdi, çox istərdim ki, prinsipial oyunlara xaricdən ədalət təmsilçiləri dəvət edilsin. Ajiotajın böyük olduğu mərkəzi oyunlardı, kubokun final oyunlarıdı ki, onların öhdəsindən gəlmək yerli hakimlər üçün çətin olur”.

Təcrübəli oyunçu istəyini belə izah edib: “Onlar da təzyiqə məruz qalırlar. Üstəlik yaxşı hakimlərin qıtlığı da müşahidə olunur. Cəmi 6-7 nəfər yaxşı referi var ki, onların da yorulmağı, şəxsi problemləri olur ki, bu zaman ciddi qüsurlar yaranır”.

Tarix
2017.02.17 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla