Yuxarı

Azərbaycan ciddi rəqibdir - Müller

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özümüzü çox güclü və rəqibi zəif hesab etmək bizə başucalığı gətirməz.

APA-nın məlumatına görə, bunu Almaniya yığmasının hücumçusu Tomas Müller deyib.

Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma ilə bağlı Almaniya mətbuatına danışan Müller komandamıza hörmətlə yanaşdıqlarını bildirib.

Ulduz futbolçu məqsədlərinin seçmə mərhələdə itkisiz yollarına davam etmək olduğunu vurğulayıb:

"Futbolda inkişaf edən komandalara qarşı diqqətli olmaq və onlara hörmət etmək məcburiyyətindəsən. Bizim son dünya çempionu olmağımız hər şeyin bitdiyi anlamına gəlməməlidi. İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan. Biz hər görüşdə olduğu kimi, Azərbaycana da ciddi rəqib gözü ilə baxırıq. Məsuliyyətimizi dərk edirik və Almaniyaya növbəti qələbə ilə qayıtmaq əzmindəyik".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu saat 21:00-da başlayacaq.

Tarix
2017.03.25 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla