Yuxarı

Ronaldonun adı beynəlxalq aeroporta verildi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun adı doğulduğu Madeyra adasındakı beynəlxalq aeroporta verilib.

Axar.az xəbər verir ki, bununla əlaqədar keçirilən mərasimdə Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa, Baş nazir Antonio Kosta, Madeyra muxtar bölgəsinin rəhbəri Migel Albukerke və Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş iştirak ediblər.

Portuqaliya Prezidenti çıxışında 32 yaşlı şəxsin adının hava limanına verilməsinin riskli, amma cəsur addım olduğunu vurğulayaraq deyib: “Ronaldo dünyada əcnəbilərin və milyonlarla portuqaliyalının sevdiyi futbolçudur. O, dünyanın ən yaxşı futbolçusu, Portuqaliya millisinin kapitanı kimi mükəmməllik nümunəsidir. Bu, bizi çox qürurlandırır. Madeyranın və Portuqaliyanın ona inamı tamdır”.

Ronaldo Madeyra adasındakı Funçal bölgəsində doğulub. O, yeganə gəlir mənbəyi turizm olan bu bölgənin inkişafına fəal dəstək verir. Adada beşulduzlu oteli və şəxsi uğurlarının nümayiş etdirildiyi muzeyi olan ulduz futbolçu ötən il Madeyrada baş verən yanğından sonra bölgəyə xeyli məbləğdə yardım göstərmişdi.

Tarix
2017.03.29 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla