Yuxarı

Putinin sevgilisi: "Azərbaycan millisindən xoşum gəlir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bədii gimnastikanın inkişafına ciddi şəkildə fikir verilir. Şübhəsiz ki, bu da azərbaycanlı gimnastların nəticələrində özünü göstərir.

APA xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayeva deyib.

34 yaşlı dünya və Avropa çempionu Azərbaycanda idmanın gimnastika növünün inkişafından danışıb. O bildirib ki, yığmamızın heyətində istedadlı məşqçilər və xoreoqraflar işləyir: “Bakıda möhtəşəm Milli Gimnastika Arenası inşa edilib. Azərbaycandakı bütün idman yarışları yüksək səviyyədə keçirilir. Əbəs yerə Beynəlxalq Gimnastika Federasiyası bədii gimnastika üzrə qitələrarası hakim kurslarını Bakıda keçirməyi qərara almayıb. Bu, 4 ildən bir baş tutur”.

Ötən ildən “Sport Ekspress”in Direktorlar Şurasının sədri kimi çalışan Kabayevanın sözlərinə görə, ölkəmizdə gimnastikanın artıq öz üslubu yaranıb: “Azərbaycan millisi ifadəliliyi və emosionallığı ilə fərqlənir. Onların çıxışı çox xoşuma gəlir. Düşünürəm ki, yeni olimpiya dövründə azərbaycanlı gimnastlar yaxşı nəticələr göstərəcəklər”.

“Moskva-Baku” nəşrinə müsahibəsində maraqlı fikirlər səsləndirən Rusiya Dumasının sabiq deputatı yığmamızın lideri Marina Durunda haqda da danışıb: “Böyük potensialı var, hələ də onu tam olaraq, aça bilməyib. Rio Yay Olimpiya Oyunlarında Marinanın bəxtinin gətirməməsi fikri ilə razılaşmıram. Axı o, çoxnövçülük üzrə yarışlarda final mərhələsinə yüksəlib, ən yaxşı 10 idmançının sırasına düşməyi bacarmışdı”.

Kabayeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə bu idman növünün inkişafında xüsusi rolu olduğunu vurğulayıb: “O, gimnastika üçün çox şey edib. Azərbaycanda bədii gimnastika Mehriban Əliyevanın əməyi nəticəsində çox yüksək səviyyəyə çatıb. Təkcə istəmək və maddi imkanın olması uğur qazanmaq üçün yetərli deyil. Eyni zamanda, işi düzgün qurmaq, hər şeyi nəzarətdə saxlamaq və vaxtında müəyyən dəyişikliklər etmək lazımdı”.

Tarix
2017.04.19 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla