Yuxarı

“Qarabağ”ın hücumçusu ölkəsinin ən yaxşısı seçildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın hücumçusu Dino Ndlovu ölkəsində mükafatlandırılıb.

APA xəbər verir ki, 27 yaşlı forvard ötən ay həmyerlilərini qabaqlayıb.

Belə ki, o, Cənubi Afrika Respublikasının (CAR) legioner həyatı yaşayan futbolçuları arasında martın ən yaxşısı adına layiq görülüb. Ndlovu buna “Qarabağ”dakı çıxışı ilə nail olub. Ağdam klubunun qol ümidi artıq mükafatına da qovuşub.

Martda “Qarabağ”ın heyətində ölkə çempionatı və kuboku daxil olmaqla, ümumilikdə 4 oyun keçirən Ndlovu 2 qola imza atıb.

Dinonun Azərbaycan Premyer Liqasının cari mövsümündə 9 qol vuraraq, komandasının qızıl medallar qazanmasında böyük rol oynadığı vurğulanıb. Onun son tur öncəsi bombardirlər yarışında mübarizəni davam etdirdiyi də qeyd olunub. Sona 1 tur qalmış təcrübəli hücumçu “İnter”li Rauf Əliyev və “Qəbələ”li Filip Ozobiçi izləyir. Dino hər iki futbolçudan 2 top geri qalır.

Maraqlıdır ki, Ndlovunun çempionatda qol vurduğu oyunlarda “Qarabağ” ümumilikdə aktivinə 22 xal yazdırıb. Bu isə 7 qələbə və 1 heç-heçə deməkdir.

Dino Ndlovu çempionatdakı 9 qola 22 oyunda, yəni meydanda olduğu 1671 dəqiqədə nail olub. “Qarabağ”ın hücumçusu ölkə kubokunda isə 4 görüşdə (239 dəqiqə) iştirak edib və rəqib qapılarına 4 dəfə yol tapıb.

Qeyd edək ki, Ndlovu “Qarabağ”a ötən il Kiprin “Anortosis” klubundan transfer olunub. O, 2012-ci ildə debüt etdiyi CAR yığmasında bu vaxta qədər 4 oyun keçirib.

Tarix
2017.04.26 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla