Yuxarı

Millət vəkilləri “Qarabağ”ı belə təbrik etdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsində Danimarka çempionu “Kopenhagen”ə qalib gəlib. Qarşılaşma 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.

Axar.az xəbər verir ki, bəzi millət vəkilləri də “Qarabağ”ı öz Feysbuk səhifələrində qələbə münasibətilə təbrik edib.

Fazil Mustafa: “Qazandıq. "Qarabağ"ın uğurunu stadiondan seyr etmənin ayrı zövqü vardı. Qurbanın komandası Azərbaycan naminə qəhrəmancasına döyüşdü. Eşq olsun fədakar idmançılarımıza!”

Aydın Mirzəzadə: “Qarşılaşmaya sürətli başlayan komandamız matçın 25-ci dəqiqəsində hesabı açıb. Mahir Mədətovun zərbəsi dəqiq alınıb. Matçın qalan dəqiqələrində komandamız bir neçə dəfə fərqlənməyə yaxın olsa da, rəqib qapıçısı yaxşı oynayıb. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb”.

Qənirə Paşayeva: Təbriklər, əziz "Qarabağ"!

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbol tarixində Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

Tarix
2017.08.16 / 14:05
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla