Yuxarı

"Kopenhagen" UEFA-ya "Qarabağ"dan şikayət etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın "Kopenhagen" klubu "Qarabağ"a Bakıda 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının ilk "pley-off" matçı ilə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

Axar.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin 20-ci dəqiqədə Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində Benqtssonun evə almacıq sümüyündən qançırla qayıtdığı bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib.

"Kopenhagen" oyundan sonra UEFA-ya şikayət etməklə, Medvedyevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşündə iştirak etməməsinə nail olmaq istəyir. Klubun katibi Daniel Rommedal bildirib ki, oyun vaxtı zərbənin qəsdən endirilmədiyini və futbolçuya heç bir təsirinin olmayacağını düşünüblər. Onun sözlərinə görə, epizodun videoyazısına baxdıqdan sonra zərbənin həddən artıq qüvvətli olduğu qənaətinə gəliblər: "Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".

Öz növbəsində, UEFA belə bir etiraz məktubu aldıqlarını və məsələyə avqustun 17-də baxacaqlarını açıqlayıb. Qeyd edək ki, Maksim Medvedyev Rəşad Sadıqovun zədəli olması səbəbindən "Kopenhagen"lə ilk oyuna kapitan kimi çıxıb. Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Tarix
2017.08.16 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla