Yuxarı

"Qarabağ" "Milan"ı geridə qoydu - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahıda Azərbaycanın da 7 klubu yer alıb. Bunlar “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”dı.

Ən yaxşı göstərici şübhəsiz ki, ölkə çempionu “Qarabağ”dadır. Ağdam təmsilçisi 18,500 xalla 67-ci pillədə qərarlaşıb. “Qəbələ” 5,250 xalla 184-cü sıraya düşüb. Qalan 5 klubumuz isə 241-ci sıranı bölüşürlər. “Neftçi”nin hesabında 3,250, “İnter”in hesabında 2,500, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”da isə 0,500 reytinq xalı var.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, İspaniyanın “Atletiko” (Madrid) klubu 117,000 xalla 2-ci, İngiltərə çempionu “Çelsi” 70,000 xalla 14-cü, İtaliya təmsilçisi “Roma” isə 44,000 xalla 31-cidi.

Azərbaycan çempionunun yeni reytinq cədvəlində qabaqladığı komandalar sırasında məşhur “Milan”, “Trabzonspor”, “Dinamo” (Zaqreb), “Everton”, “İnter”, “Rubin”, “Dinamo” (Moskva), “Olimpik” (Marsel), BATE və “Böyük beşlik” ölkələrinin başqa xeyli təmsilçisi də var.

Tarix
2017.09.17 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla