Yuxarı

AFFA millilərimizin baş məşqçilərini qovdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA milli komandalarımızın baş məşqçiləri ilə bağlı yeni qərar qəbul edib.

Yenicag.az-ın məlumatına görə, assosiasiya rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevlə U-19-un çalışdırıcısı Təbriz Həsənovu tutduqları postlardan uzaqlaşdırıb.

Buna isə yığmaların hər iki baş məşqçinin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub.

Əldə etdiyimiz məlumata görə, U-21 millimizin baş məşqçisi Samir Ələkbərovu da eyni aqibət gözləyir.

Qeyd edək ki, U-17 millimiz son olaraq Avropa çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış edib. Mirbağır İsayevin rəhbərlik etdiyi milli İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə məğlub olub, yeganə qələbəsini isə Bolqarıstan üzərində qazanıb – 2:1.

Təbriz Həsənovun başçılıq etdiyi U-19 isə Avropa çempionatının ilkin seçmə mərhələsində Kipr yığmasına 1:2, Serbiyaya 1:4 hesabı ilə uduzub, İrlandiya ilə isə qolsuz bərabərə qalıb.

Tarix
2017.10.19 / 23:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla