Yuxarı

Qurbanov Rəşad Sadıqovu hansı vəzifəyə gətirir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın idman direktoru Bernard Lippert tezliklə ölkəmizlə vidalaşacaq. Alman mütəxəssislə müqavilə bitməsə də, o, qarşılıqlı razılıqla yola salınacaq.

Futbolinfo.az-ın xəbərinə görə, Lippertin işindən ciddi narazılıq var. Alman mütəxəssisə inam milli komandaların son uğursuz nəticələrindən sonra bir qədər də azalıb. Bütün millilərin baş məşqçiləri ilə müqavilələrə xitam verilib, növbə isə onların hamısına nəzarət edən Lippertindi. Heç bir nəticəyə görə hesabat vermək istəməyən, uğursuzluqlarda yaxasını kənara çəkən almanın bu davranışı müəyyən dairələrdə ciddi narazılıq doğurur.

Əsas milli komandanın baş məşqçisi Qurban Qurbanov da Lippertlə birgə işləmək istəmir. O, təyinatdan sonra bütün millilərə nəzarət etmək hüququna da yiyələnib. Bu isə o deməkdi ki, heç nə etmədən 10 ildi ayına 30 min avro alan Lippertin gedir. AFFA İcraiyyə Komitəsinin bu il üçün nəzərdə tutulan son iclasında alman idman direktoru yola salınacaq.

Lipperti əvəz etməyə əsas namizəd isə Rəşad Sadıqovdur. "Qarabağ"ın kapitanının karyerasını bitirən kimi məsul posta keçmək ehtimalı var. Onun heç bir milli komandada məşqçi işləmək istəməməsi barədə açıqlaması da təsadüfi deyil.

Tarix
2017.11.18 / 13:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla