Yuxarı

Dünyanın ən varlı idmançıları – Axar TV

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalı dünyanın ən zəngin idmançılarının reytinqini açıqlayıb.

Axar.az xəbər verir ki, jurnal tərtib etdiyi yeni reytinqdə 25 idmançının adını yerləşdirib.

Bütün zamanların ən zəngin idmançılarının reytinqinə amerikalı əfsanəvi basketbolçu Maykl Cordan başçılıq edib. O, karyerası ərzində 1,85 milyard dollar qazanıb.

İkinci və üçüncü yerdə qolfçular - 1,7 milyard dollarla Tayqer Vuds və 1,4 milyard dollarla Arnold Palmer qərarlaşıb. Sonrakı yerləri 1,2 milyard dollarla qolfçu Cek Niklaus, 1 milyard dollarla Formula-1-in iştirakçısı Mixael Şumaxer, 815 milyon dollarla amerikalı qolfçu Fil Mikelson tutub.

7-ci və 8-ci yerləri isə cüzi fərqlə amerikalı basketbolçu Kobe Brayant və ingilis futbolçu Devid Bekhem paylaşıb. Onların hər ikisinin sərvəti 800 milyon dollar olsa da, jurnal cüzi fərqlə Brayantın öndə olduğunu bildirib. İlk onluğu 785 milyonla amerikalı boksçu Floyd Meyveze və 735 milyon dollarla amerikalı basketbolçu Şakil Onil qapadıb.

Siyahıda hazırda kariyeralarını davam etdirən məşhur futbolçular da yer alıb. Onların sırasında Kristian Ronaldo və Lionel Messi yer alıb. Ronaldo 725 milyonla siyahıda 12-ci yeri, Messi isə 600 milyonla 16-cı yeri tutub.

Tarix
2017.12.17 / 10:21
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla