Yuxarı

Hər iki turnirdə şansımız var, ancaq... - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il doğma meydanda ilk oyunumuzu Belarus millisinə qarşı keçirəcəyik. Futbolçularımız oyuna ciddi hazırlaşıblar. Bizi qarşıda hansı oyunların gözlədiyini hamı bilir. Sabahkı oyunla bağlı futbolçularla söhbətimiz olub. Oyunda ən doğrusunu etməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bu fikirləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov Azərbaycan-Belarus yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib: “U-21 millinin heyətində olan Ramil Şeydayevin və Mahir Mədətovun potensialına bələdəm. Belarusa qarşı oyunda onların meydana çıxmaq şansı az idi. Çünki həmin mövqedə başqa futbolçuları sınamaq istəyirəm. Millətlər Liqası ilə Avropa çempionatının seçmə mərhələsi fərqli yarışlardır. Bu gün heç bir milli komandanı zəif hesab etmək olmaz. Çünki onlar düşündüyümüzdən daha güclü, istəklidirlər. Bütün oyunlara nəticə qazanmaq üçün köklənəcəyik. Hər iki turnirdə şansımız var. Ancaq istəyirəm ki, futbolçular bu oyunların Azərbaycan üçün nə demək olduğunu bilsinlər”.

Baş məşqçi deyib ki, Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. İlk gündən bu sistemin tərəfdarı olmuşam. Çünki oyun zamanı müzakirələr yaradan epizodlar çox olub, bəzi komandaların haqqı əlindən alınıb. Ona görə də bu sistemin oyunlarımızda tətbiqinin tərəfdarıyam.

Matçın Bakı Olimpiya Stadionunda keçirilməsinin əhəmiyyətini qeyd edən millinin baş məşqçisi deyib: “Qarabağ” ilə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq oyunlar keçirildikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Çünki stadiona daha çox azarkeş gəldi. Arena standartlara tam uyğundur”.

Tarix
2018.03.22 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla