Yuxarı

Böyük açıqlama, orta barmaq və kiçik hesab - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük açıqlama, orta barmaq və kiçik hesab - Foto

Bakıda "Böyük oyun" kiçik hesabla başa çatdı.

Axar.az xəbər verir ki, "Neftçi" - "Xəzər-Lənkəran" arasında oyun sonrası məğlub komandadan barışmaz açıqlamalar gəlib. XL-nin baş məşqçisi Oğuz Çətin deyib ki, çempionata pis başladıq, pis də davam edir:
"Bugünkü oyunun nəticəsi belə olmamalı idi. 3 xal itirmək çox pisdir. Qırmızı vərəqə və penaltidən sonra komandamız qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol vurmaqdır. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdir. "Neftçi" 10 adamla müdafiə olundu, biz isə qol vurmağa çalışdıq. İstənilən halda, məğlub olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı oyunlara baxmalıyıq. Bizim məqsədimiz yaxşı oynamaq, qələbə qazanmaqdır".

Cənub klubunun qapıçısı Cahangir Həsənzadə təsadüfi qol buraxdıqlarını söyləyib:

"Bəxt amili tərəfimizdə deyildi. Nəticə oyuna görə olmadı. Biz bu gün məğlub olmamalı idik. Sadəcə, 11 metrlik zərbəni reallaşdıra bilmədik. Penaltini vursaydıq, ikinci hissədəki üstünlüyümüzdən də istifadə edib, qələbə qazana bilərdik. 11 metrlik zərbəsinin vurulmamağı psixoloji baxımdan komandaya təsir etdi. Buna görə də uşaqlar tələsirdi. Bu tələskənlik də yaratdığımız imkanları realizə etməyə mane oldu. Hamı gördü ki, oyun bizim üstünlüyümüz şəraitində keçdi".

"Ağ-yaşıllar"ın kapitanı Rahid Əmirquliyev isə rəqib komandanın kapitanı Flavinyo ilə aralarında baş verənlərə aydınlıq gətirib:

"Flavinyoya heç nə etmədim. O yıxılan zaman topla məni vurdu. Referinin mənə niyə sarı vərəqə göstərdiyini bilmirəm. Heç kimə heç nə deməmişəm, söyməmişəm. "Neftçi" ilə oyunda nəticə matça görə olmadı. Biz ən azı uduzmamalı idik".

Bir nüansı da demək lazımdır ki, oyunun sonlarına yaxın "Xəzər Lənkəran"ın futbolçusu Tyeqo de Xesus qırmızı vərəqə alıb və oyunu tərk edən zamanı azarkeşlərin təhqiramız şüarlarına tuş gəlib. Bu zaman futbolçu azarkeşlərə "orta barmaq" göstərib. Bu an futbol11.az saytının obyektivindən yayınmayıb.

Xatırladaq ki, çempionatda bir-birinin qənimi olan komandaların görüşündə flaqman 1:0 hesabı ilə qalib gəlib.

Tarix
2014.09.14 / 00:40
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla