Yuxarı

“Qarabağ”dan saxtakarlıq xəbərdarlığı və jest

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Avroliqada ilk oyununa texniki cəhətdən yüksək səviyyədə hazırlıq görüb.

Axar.az xəbər verir ki, Ağdam təmsilçisi sentyabrın 18-də Fransanın "Sent-Etyen" klubu ilə oyuna bilet satışı ilə əlaqədar azarkeşlərə müraciət edib. Klubun direktoru Əmrah Çəlikəl Qol.az-a bildirib ki, son günlər Tofiq Bəhramov adına respublika stadionu yaxınlığındakı qara bazarda matça qanunsuz bilet satışı aşkar edilib. Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində müəyyən olunub ki, dövriyyədə saxta biletlər var:

"Onlar, əsasən, mərkəzi arena yaxınlığında bəzi şəxslər tərəfindən qara bazarda satılır. Biz azarkeşlərimizə müraciət edərək bildirmək istəyirik ki, qara bazardakı biletlər saxtadır. Bu biletlərlə azarkeşlərin stadiona daxil olmasına imkan verilməyəcək. Çünki oyun zamanı klub tərəfindən də biletlərə nəzarət olacaq. Odur ki, azarkeşlər biletləri ayrı-ayrı şəxslərdən deyil, Tofiq Bəhramov adına stadionunun kassalarından almalıdırlar".

Ə.Çəlikəl onu da bildirib ki, kassalardan biletlərin kütləvi şəkildə satılmasının qarşısını almaq üçün "Qarabağ" klubunun mühafizə xidmətinin əməkdaşları və polislər kassa yaxınlığında nəzarət həyata keçirirlər. O qeyd edib ki, qara bazarda biletlərin satışını həyata keçirən şəxslər polislər tərəfindən saxlanılacaq və məsuliyyətə cəlb olunacaq.

Bununla bərabər, "Qarabağ" xanımlara böyük jest edib. Bu oyunda qadın media nümayəndələri üçün ayrıca sektor ayrılıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz Feysbuk səhifəsində bu barədə məlumat verib:

"Qadın azarkeşlərinin marağını nəzərə alaraq, yenilik etmək qərarına gəldik. Belə ki, 34-cü sektor (media sektorunun altı) sırf zərif cinsin nümayəndələri üçün ayrılıb. Xanım media mənsublarının 34-cü sektora dəvətnamə əldə etmək üçün bizə müraciət etmələri xahiş olunur".

Tarix
2014.09.15 / 20:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla