Yuxarı

Erməni futbolçu Bakıya gəlməyəcək - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın "Vorskla" klubunun futbolçusu Geqam Kadimyan "Qarabağ"la Avropa Liqasının IV tur matçı üçün Bakıya gəlməyəcək.

Bu barədə Report-a Poltava təmsilçisinin mətbuat attaşesi Andrey İvanov məlumat verib. Onun sözlərinə görə, səbəb 26 yaşlı hücumçunun zədəli olmasıdır. Klub rəsmisi eyni səbəbindən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.

İvanov Kadimyanın "Qarabağ"la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: "Futbol siyasətlə bu cür kəsişməməlidir. Şəxsən mən bütün millətlərə hörmətlə yanaşıram. Hətta Rusiyanın Ukraynaya məlum münasibətinə baxmayaraq, "Qarabağ"ın heyətində rus futbolçular olsaydı, onların bizimlə oyunda iştiraklarına maneçilik törətməzdik. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçu zədəlidir, beli sərpib".

Qeyd edək ki, "Qarabağ" və "Vorksla" komandaları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, noyabrın 8-də isə Poltavadakı Aleksey Butovski adına stadionda üz-üzə gələcəklər. Daha öncə İngiltərə "Arsenal"ı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyib.

Tarix
2018.10.18 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla