Yuxarı

"Neftçi" və "Sumqayıt"dan əzmkar qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" və "Sumqayıt"dan əzmkar qələbə

19:18

Dekabrın 1-də Azərbaycan Premyer Liqasının 13-cü turuna start verilib.

Axar.az xəbər verir ki, turun açılış matçında debütant “Sabah” doğma meydanda çempionatın lideri “Neftçi” klubunu qəbul edib.

Oyuna fəal başlayan “flaqman” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Əks-hücumlara bel bağlayan “Sabah” klubu matçın 21-ci dəqiqəsində qapısında qol görüb. Müdafiədən künc zərbəsinə köməyə gələn Anton Krivotsyuk kapitan Emin Mahmudovun ötürməsin dəqiq baş zərbəsi ilə tamamlayıb – 0:1. Qarşılaşmanın 33-cü dəqiqəsində baş hakimi Rəhim Həsənov “Neftçi”nin futbolçusu Tural Axundova ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış paytaxt təmsilçisi hesabı artırıb. Mirabdulla Abbasov adını tabloya yazdırıb – 0:2. Bu, Azərbaycan milli komandasına yenicə dəvət almış gənc hücumçunun Premyer Liqada vurduğu 7-ci qolu olub. Birinci hissə “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 70-ci dəqiqəsində Rəhim Həsənov oyunda ikinci dəfə qırmızı vərəqə göstərib. FIFA referisi bu dəfə “Sabah” klubunun futbolçusu Vandersson Silvanı oyundan kənarlaşdırıb. Matçın 74-ci dəqiqəsində “flaqman”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Marko Deviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirib – 1:2.

Görüşün 83-cü dəqiqəsində Baqali Dabo da meydandan kənarlaşdırılıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu qələbədən sonra “Neftçi” xallarının sayını 32-yə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Sabah” isə 17 xalla dördüncü yerdədir.

Qeyd edək ki, bu komandalar arasında ilk dövrədəki oyunda flaqman qələbə qazanıb - 2:0.

Günün ikinci oyunu saat 19:00-da “Kapital Arena”da baş tutacaq. “Sumqayıt” komandası “Səbail”i qəbul edəcək. “Gənclik şəhəri”nin təmsilçisi mövsümdə ilk dəfə “Kapital Bank Arena”da oyuna çıxacaq. Arena təmirdə olduğu üçün “Sumqayıt” indiyədək ev oyunlarını paytaxtda keçirirdi.

Komandalar çempionatda indiyədək beş dəfə qarşılaşıblar. Həm “Səbail”, həm də “Sumqayıt” hərəyə iki dəfə qələbəyə sevinib. Bir görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir - 4:4. Hazırda “Səbail” 20 xalla üçüncü, “Sumqayıt” isə 11 xalla altıncı yerdədir.

Tura dekabrın 2-də “Qəbələ” – “Zirə”, dekabrın 3-də isə “Qarabağ” – “Keşlə” oyunları ilə yekun vurulacaq.

***

Günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib.

"Sumqayıt" "Kapital Arena"da "Səbail"i sınağa çəkib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini həll edən qolu 60-cı dəqiqədə Atilla Yıldırım vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 14-ə çatdırsa da, yenə 6-cı pillədə qalıb. "Səbail" isə 20 xalla 3-cüdür.

Tarix
2018.12.01 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla