Yuxarı

AFFA-nın baş katibi millimizin üzvləri ilə görüşdü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-nın baş katibi millimizin üzvləri ilə görüşdü

AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin heyəti və texniki direktor Bernhard Lippert Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüblər.

Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov yığmamızın üzvlərini Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

U-19-un üzvləri isə Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunması münasibətilə təbrik ediblər.

Bildirilib ki, futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə pedaqoq Cahangir Səlimxanov komandanın məşqçi heyətinə cəlb olunub. O, qarşıdakı hazırlıq prosesində, təlim-məşq toplanışlarında müvafiq günlərdə komandada fəaliyyət göstərəcək. C.Səlimxanov Azərbaycanın YUNESKO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.

Xatırladaq ki, U-19 yığmamız 2019-cu ildə Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində martın 20-də Rusiya, üç gün sonra İrlandiya, ayın 26-da isə Rumıniya milliləri ilə qarşılaşacaq.

Tarix
2018.12.17 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla