Yuxarı

Fransalı biznesmen Hafkaya: “Əsl Şaxta babadı”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransalı biznesmen Hafkaya: “Əsl Şaxta babadı”

Fransanın "Lans" klubunun prezidenti və klubun səhmlərinin üçdə birinin sahibi Jerve Martel Bakıdan dönəndən sonra "L'Equipe"ə müsahibəsində azərbaycanlı ortağı, biznesi müflis olan Hafiz Məmmədov haqda danışıb.

"Virtualaz.org" xəbər verir ki, Martel Bakıda Məmmədovla danışıqlarının yaxşı keçdiyini, azərbaycanlı oliqarxın "Lans"a verməli olduğu 14 milyon avronu "tezliklə ödəyəcəyini" deyib. O, "Lans"ın maliyyə problemlərini həll etməkdə olduğunu bildirib və yanvardan etibarən oyunçu transferinə başlaya biləcəyini deyib.

Xatırladaq ki, "Lans"ın səhmlərinin üçdə ikisinin sahibi olan Hafka qəfil müflis olduğuna görə klubun büdcəsinə vəd olunan maliyyə transferini həyata keçirə bilməyib. Həmçinin o, "Lans"a oyunçu transferi üçün tələb olunan minimal məbləği - 4 milyon avronu da ödəyə bilməyib. Baxmayaraq ki, Hafkanın kluba 14 milyon avro vəsait verəcəyinə dair müqavilə var. Həmin müqavilədə vəsaitin ödənilməsinə təminatçı rolunda Hafkaya məxsus "Bank of Azerbaijan" çıxış edir. Martel bundan əvvəl xəbərdarlıq etmişdi ki, əgər vəsait ödənilməsə, iş məhkəməyə gedib çıxacaq.

Lakin indi fransalı biznesmen Hafka ilə Bakıdakı son görüşündən sonra ümidlidir. "Hafiz Məmmədov əsl Şaxta Babadı. Biz 14 milyon avronu yanvarda alacağıq. "Lans" maliyyə problemlərini həll edəcək və biz yüksək liqada qalmağın yolunu tapacağıq. Əgər yüksək liqada qalsaq, o zaman gələn il Fransanın ən güclü futbol klublarından biri olacağıq" – deyə, Martel bildirib.

"Lans" prezidenti Məmmədovun barəsində dolaşan müxtəlif şayiələrdən də danışıb: "Fransa şayiələr üzrə dünya çempionudu. Əgər mən Hafiz Məmmədov haqda dolaşan bütün şayiələri şərh etsəm... O, ölkə daxilində çətinliklərlə üzləşib və hesablarındakı pulları bloklanıb. Ancaq bunların mənə dəxli yoxdu, ümid edirəm ki, o, bu vəziyyətdən çıxacaq və biz yaxın həftələrdə yenidən onunla birlikdə güclü olacağıq".

Qeyd edək ki, Məmmədov Martelə dəfələrlə "Lans"a vəd olunan pulları tezliklə ödəyəcəyi haqda vədlər verib. Əvvəllər o, pulların Fransa banklarına köçürülməməsinin səbəblərini müxtəlif gülməli səbəblərlə-məsələn, Azərbaycanda bayram günlərinin başlaması, bank kodunun səhv yığılması, bankdan pul köçürmə əməliyyatı zamanı iş vaxtının bitməsi və s. ilə izah edirdi. Bu izahatlara görə Məmmədov və hər dəfə ona inanan Jerve Martel Fransa mətbuatında gülüş hədəfinə çevrilmişdi.

Tarix
2014.11.16 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla