Yuxarı

“Qarabağ”ın futbolçuları içkili vəziyyətdə - Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubunun hücumçusu Reynaldonun son zamanlar optimal formasından uzaq olmasının səbəbi bəlli olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, braziliyalı gecə həyatına və spirtli içkilərə meyil etdiyindən oyunu da istədiyi səviyyədə alınmır.

Bildirilir ki, futbolçunu bir neçə gün öncə şəhərin mərkəzindəki gecə klublarından birindən içkili vəziyyətdə çıxarkən görüblər. Komanda yoldaşı və həmyerlisi Almeyda və daha iki xanımla "Kia optima" markalı avtomobilə əyləşən "sambaçı"nı bir neçə metrdən sonra yol polisi saxlayıb. Almeyda sükan arxasında olmadığından ona heç bir cərimə yazılmayıb. Reynaldoya isə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə protokol tərtib edilib.

Qeyd edək ki, son günlər həm ölkə mediası, həm də futbol mütəxəssisləri bu futbolçunun imkanlarından aşağı səviyyədə çıxış etdiyini bildirirlər. Görünür, "sambaçı" əksər həmyerliləri kimi bir qədər pul və şöhrət qazanandan sonra gecə həyatı yaşamağa başlayıb.

Bu arada qeyd etmək yerinə düşər ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da bir neçə gün öncə mətbuata müsahibəsində Reynaldonun xarakterində problem olduğunu və lazım gələcəyi halda, onun cəzalandırılacağını söyləmişdi.

Tarix
2014.11.17 / 11:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Biz imkan verə bilmərik ki... - İlham Əliyev

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Video

Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident

Bu, çox mühüm beynəlxalq platformadır - Prezident

Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır

Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla