Yuxarı

Bakıda bunu həll etməliyik - Volf

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bunu həll etməliyik - Volf

“Mersedes” komandasında "Formula 1" Azərbaycan Qran-Prisinə hazırlaşırlar. Maraqlı Bakı trasında keçəcək yürüşdə pilotları şinlərin, xüsusilə ön şinlərin qızması kimi çətinliklər, optimal sazlanma yollarının axtarışı gözləyir. Bu trasda səhvə yol vermək baha başa gəlir. Çempion komandanı mövsümün dördüncü mərhələsinə hansı ümidlərin bağlaması barədə təəssüratları ilə komandanın rəhbəri Toto Volff bölüşür.

Axar.az xəbər verir ki, Toto Volff bu barədə deyib: “İlk üç yürüşdə üç qoşa qələbə – mövsümə fantastik dərəcədə uğurlu başlanğıcdır. Biz qarşımızda olan fürsətlərdən maksimal səviyyədə istifadə etməyi bacardıq. Baxmayaraq ki, bizim bolid heç də hər zaman ən sürətli deyildi.

Komanda üzərinə düşən vəzifənin öhdəsindən əla gəldi, onun hər departamenti əminliklə işlədi. Buna misal çoxdur, Şanxaydakı ikiqat pip-stop bunlardan daha çox nəzərə çarpanıdır. Lakin biz başa düşürük ki, inadla çalışmağa davam etməliyik.

Növbəti mərhələ Azərbaycanda keçiriləcək. Biz orada ötən illərdə dəfələrlə maraqlı yürüşlərin şahidi olmuşuq. Mən əminəm ki, bu dəfə də belə olacaq. Trasın konfiqurasiyası elədir ki, qarşımızda mürəkkəblik baxımından unikal məsələlərin kompleks həlli durur. Bu səbəbdən baxmaq maraqlıdır ki, bolidin həm uzun düz yolun, həm də astasürətli döngələrin öhdəsindən yaxşı gəlməsi üçün komandalar daha hansı düzgün uzlaşma tapa biləcəklər.

Buna baxmayaraq, Bakıda təkcə yaxşı sürət nümayiş etdirmək mühüm deyil. Yaxşı nəticəyə nail olmaqdan ötrü xoşagəlməz hadisələrdən çəkinmək daha vacibdir.

Ötən il Valtteri yaxşı yürüş nümayiş etdirdi. Lakin şinlərin deşilməsi səbəbindən finişə az qalmış o, layiqli qələbəsindən məhrum oldu. Hazırda Bottas mövsümə yaxşı başlayıb və mən əminəm ki, o, ötənilki uğursuzluğun əvəzini çıxacaq.

Ötənilki mövsümdən fərqli olaraq, Lyuis Hemilton Bakıya çempionatın şəxsi hesabında lider qismində yollanır və o. şübhəsiz ki, keçənilki uğurlarını təkrarlamağa cəhd edəcək”.

Tarix
2019.04.24 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla