Axar.az
Yuxarı

Axır ki, tilsimi qırdım - Hacı Əliyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:33

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Minsk-2019 II Avropa Oyunlarında qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, 65 kq çəkidə yer alan 28 yaşlı pəhləvan finalda Vladimir Xinçeqaşvilini məğlubiyyətə uğradıb. İlk hissədə ardıcıl iki fəndlə 4:0 hesabı ilə önə çıxan Əliyev rəqibin etirazları qəbul olunmayınca aktivinə daha 1 xal yazdırıb.

İkinci yarının əvvəllərində Xinçeqaşvili 2 xal alsa da, Əliyev daha 5 xalla fərqi 8-ə çatdırıb. Nəticədə o, 10:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

Qeyd edək ki, daha öncə 57 kq çəkidə yer alan sərbəst güləşçi Mahir Əmiraslanov qızıl medal əldə edib.

***

Əlbəttə, çox sevinirəm ki, qalib oldum. Bu dəfə Avropa Oyunlarında da qızıl medal qazandım. Rəqiblərim arasında ən önəmlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. O cümlədən, Rio-2016 Yay Olimpiya Oyunlarında da ona uduzmuşdum.

Bunu "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Report-a açıqlamasında deyib.

65 kq çəki dərəcəsində finalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə qalib gələn 28 yaşlı pəhləvan Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdığını bildirib: "Mənə elə gəlir ki, artıq tilsimi qırdım. Çünki həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Avropa Oyunlarında mübarizəyə başlamazdan öncə səhhətimdə bir qədər problem olduğu üçün döyüşlərdə çətinlik çəkdim. Amma bu gün vəziyyətim 99 faiz müsbətə doğru dəyişmişdi. İnanın ki, qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. O, son dünya çempionatında üçüncü olmuşdu. Bununla belə Minskdə rusiyalı güləşçiyə qalib gəldi".

Bakı-2015-in bürünc medalçısı qeyd edib ki, növbəti Avropa Oyunlarında da uğurlu çıxışını davam etdirmək arzusundadır: "İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Bu, ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım. Bundan sonra da analoji yarış keçirildikcə Bakı yada düşəcək. Gələcəkdə də Avropa Oyunlarında çıxış etsəm, qələbə qazanmağa çalışacağam".

Tarix
2019.06.27 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Legiya"dan Emreliyə "yaşıl işıq"

Gürcüstan qalib gəldi, millimizin işi daha da çətinləşdi

Şəhriyar ABŞ şahmatçısı ilə heç-heçə oynadı

"Başakşəhər" Emreli üçün "Legiya"ya 750 min təklif etdi

Musayev Rusiya ilə Azərbaycan liqasını müqayisə etdi

Emreli bizim oyunçudur, şikayət etmək istəmirəm - Vukoviç

Şanslarımız hələ tükənməyib - Millimizin məşqçisi

"Qarabağ"ın oyunçusu meydandan qovuldu

"Qarabağ" Antalya toplanışını heç-heçə başa vurdu

Məmmədyarov Karlsenə uduzdu

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla