Yuxarı

Bakıda daha bir mötəbər yarışa start verilir - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir mötəbər yarışa start verilir - Foto

İyulun 21-də Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı start götürəcək.

Axar.az xəbər verir ki, festivalda 48 ölkədən 3900 atlet idmanın 10 növü üzrə mübarizə aparacaq. Azərbaycanı Bakı-2019-da atletika, cüdo, güləş, gimnastika, velosiped idmanı, voleybol, basketbol, həndbol, tennis və üzgüçülük yarışlarında 122 idmançı təmsil edəcək.

Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil olan cüdo yarışlarında komandamız 12 (8 oğlan, 4 qız) idmançı ilə qüvvəsini sınayacaq. Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar.

Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

Festivalda iştirak edəcək cüdoçular arasında “Judo Club 2012”nin üzvü Hüseyn Məmmədov (+90 kq) da yer alıb. Klubun istedadlı yetirməsi Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.

Qeyd edək ki, Bakı-2019-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.

Tarix
2019.07.19 / 14:12
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla