Yuxarı

"Qarabağ" APOEL-ə məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" APOEL-ə məğlub oldu

19:58

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”- APOEL komandaları arasında avqustun 13-də keçiriləcək qarşılaşma üçün start heyətlər açıqlanıb.

Axar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxacaqlar.

Bakı vaxtı ilə saat 20:30-dabaşlayacaq oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibert olacaq. Ona Yan Sedel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Matçın hakim-inspektoruYorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviç (Bosniya və Herseqovina) olacaq.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

***

"Qarabağ"la APOEL-in matçı başladı.

***

"Qarabağ" matçın 34-cü dəqiqəsində APOEL-in penaltidən vurduğu qolla hesabda geri düşdü: 0-1.

***

68-ci dəqiqədə Uros Matiç 2-ci qolu "Qarabağ"ın qapısından keçirib.

***

Beləliklə, "Qarabağ" 2 - 0 hesabı ilə rəqibi APOEL-ə məğlub oldu.

Azərbaycan təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi olacaq.

Tarix
2019.08.13 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla