Yuxarı

“Qarabağ” Zubir üçün nə qədər istəyir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” Zubir üçün nə qədər istəyir?

Abdullah Zubirin adının ilk turda protokola salınmaması təsadüfi deyil. "Qarabağ” çempionatın açılış matçında Mərakeş əsilli fransızı oynatmamaqla onu satmağa hazırlaşdığını göstərdi.

Axar.az xəbər verir ki, bu barədə “Matc.az” saytı yazıb.

Sayt Zubirlə Fransanın "Genqam" klubu maraqlandığını, komandanın baş məşqçisi Patris Leyrin də yarımmüdafiəçini transfer etmək istədiyini bildirib.

“Bir neçə gün öncə klub rəsmilərindən ikisi məhz bu keçidi reallaşdırmaq arzusuyla ölkəmizə gəlib. Əldə etdiyimiz məlumata görə, ağdamlılar istədikləri məbləği alacaqları halda Zubirlə vidalaşmağın əleyhinə deyil”.

Sayt bildirib ki, ötən ilin yayında "Lans"dan Ağdam klubuna gələn futbolçu özü də Fransaya qayıtmaqda maraqlıdır.

"Qarabağ"la 2020-ci ilin yayına qədər müqaviləsi olan cinah oyunçusu klubların anlaşmasını gözləyir. "Genqam” 1,2 milyon avro transfer haqqı təklif edirsə, "Qarabağ” məbləğin daha 50 faiz artırılmasını istəyir.

Zubirin ilk turda meydana buraxılmaması onun Avropa Liqasının pley-off matçına qorunması ilə bağlı idi. Eyni zamanda danışıqlar davam etdiyindən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu kənarda saxlamağı, çempionatda debüt etməməsini məsləhət bildi. "Linfild”lə oyunlardan sonra Zubir haqqında son qərar veriləcək”, - bildirilib.

Tarix
2019.08.18 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla