Yuxarı

Millimiz Ermənistana qalib gəldi: 27 ildən sonra...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz Ermənistana qalib gəldi: 27 ildən sonra...

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

Report-un məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb.

Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub.

Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan - 1:3

Luka Leniç - Arkadi Naydiç - 0,5:0,5

Matey Sebenik - Rauf Məmmədov - 0:1

Yure Skoberne - Qədir Hüseynov - 0:1

Yan Sudel - Eltac Səfərli - 0,5:0,5

Azərbaycan - Ermənistan - 2,5:1,5

Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0

Xanım Balacayeva - Elina Danielyan - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan - 0,5:0,5

Gülnar Məmmədova - Anna Sarqsyan - 0,5:0,5

Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb.

Tarix
2019.11.02 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla