Yuxarı

"Sumqayıt"ın oyunçusu özünü Ronaldo ilə müqayisə etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sumqayıt"ın oyunçusu özünü Ronaldo ilə müqayisə etdi

Oyuna yaxşı hazırlaşmış, müsbət və mənfi cəhətlərimiz üzərində çalışmışdıq. İlk yarıdakı imkanlarımızdan yararlana bilsəydik, yəqin ki, 3 xal bizim idi. Amma olmadı. İkinci hissədə yaxşı oynamağa, qollar vurmağa çalışırdıq. İkinci hissədə rəqibin cəmi bir hücumu oldu, o da qolla nəticələndi. İki dəfə hesabda geri düşsək də, sonda bərabərliyə nail olduq.

Report-un məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı hücumçu bildirib ki, komandası 3 xal qazana bilərdi. O, növbəti turda "Sabah"a qarşı ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını vurğulayıb.

Babayi əlinə düşən imkanlardan yararlana bilməməsini normal qarşıladığını bildirib: "Dünyanın ən yaxşı futbolçuları da qol şanslarını qaçırır. Mən də, komanda yoldaşlarım da daha çox qol vurmaq üçün çalışdıq. 3 xala ehtiyacımız var idi. Gələn oyunlarda imkanlarımdan yararlanmağa çalışacağam".

Cənubi azərbaycanlı forvard "Zirə"yə qayıdan hücumçu Riçard Qadzenin yeganə şansından yararlanmasına da toxunub: "Belə hal mümkündür. Amma o da ola bilər ki, Kriştianu Ronaldunun əlinə 3 qol şansı düşsün, 1-ni vursun. Futbolda hər şey mümkündür. Öncədən nə isə demək olmaz".

Tarix
2019.11.03 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla