Yuxarı

Qusarda donmuş şəlalələrə dırmanma yarışı keçiriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qusarda donmuş şəlalələrə dırmanma yarışı keçiriləcək

Donmuş şəlalələrdə buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından Axar.az-a verilən məlumata görə, 31 yanvar-01 fevral 2015-ci il tarixlərində Federasiya və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək.

Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən Respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edəcək.

İlbəil iştirakçılarının sayı artan bu kimi yarışların ölkədə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradır.

Tarix
2015.01.30 / 18:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla