Yuxarı

Azərbaycanda əhalinin neçə faizi idmanla məşğul olur?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda əhalinin neçə faizi idmanla məşğul olur?

Azərbaycanda əhalinin yalnız 20,7 faizi idmanla məşğul olur.

Trend-in məlumatına görə, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 41,4 faizi, 20-44 yaşlı əhalinin 27,6 faizi, 45-64 yaşlı əhalinin 11,9 faizi idman edir.

İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 52,7 faizi , 20-44 yaşlı kişilərin 40,6 faizi, 45-64 yaşlı kişilərin 17,5 faizi, yaşı 65-dən çox olan kişilərin 8,9 faizi idmanla məşğuldur.

Qadınlara gəldikdə isə, onların yalnız 11,4 faizi idmanla məşğul olur.

Azərbaycandakı 15-19 yaşlı qadınların 29,5 faizi , 20-44 yaşlı qadınların 14,3 faizi, 45-64 yaşlı qadınların 7,2 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır.

Tarix
2019.12.11 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla