Yuxarı

Bu ölkə də Formula 1-i keçirmək istəyir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə də Formula 1-i keçirmək istəyir

Səudiyyə Ərəbistanında yeni avtodromun layihəsi təqdim edilib. Nəzəri baxımdan, bu avtodrom ilk Formula 1 yürüşlərini 2023-cü ildə qəbul edə biləcək.

Axar.az xəbər verir ki, layihənin rəhbəri Mayk Rayninqer “BBC Sport” nəşrinə müsahibəsində bildirib ki, tras 2023-cü ildə Qran-Pri keçirilməsinə hazır olacaq. O deyib: “Ümid edirik ki, kontrakt bağlanacaq və Səudiyyə Ərəbistanında Formula 1 yürüşləri keçiriləcək. Lakin formal məsələlərin nizamlanması prosesinə bizim aidiyyətimiz yoxdur. Bu məsələ bizim layihənin çərçivəsindən kənara çıxır. Biz dünya səviyyəli yarışları qəbul edə biləcək avtodrom tikirik və 2023-cü ildə onu açacağıq”.

Səudiyyə Ərəbistanında Qran-Pri keçirilməsi barədə saziş hələ bağlanmayıb, lakin tərəflər arasında prinsipial anlaşma əldə edilib. Formula 1 yarışlarının rəhbərliyi bu məsələni şərh etməkdən boyun qaçırıb.

Yanvarın 17-də mətbuat nümayəndələri və gələcək avtodromun təqdimat mərasiminə dəvət edilmiş qonaqlar avtodromun kompüter modeli ilə tanış olublar. 1996-cı ildə dünya çempionu olmuş Deymon Hill, digər keçmiş və fəaliyyətdə olan yürüşçülər, o cümlədən Niko Hyulkenberq, Roman Qrojan və motoyürüşlər üzrə keçmiş dünya çempionu Loris Kapirossi də qonaqlar arasında idi.

2020-ci il mövsümündə 22 yürüşün vaxtı artıq məlumdur. Lakin 2021-ci il üçün təkcə İspaniya Qran-Prisinin təşkilatçılarının kontraktı hələ yoxdur.

Bütün bunlar beynəlxalq dairələrdə tənqidə səbəb olub, çünki Səudiyyə Ərəbistanının tarixən formalaşmış özünəməxsus qaydaları insan haqları barədə Qərbdə üstünlük təşkil edən təsəvvürlərdən çox fərqlənir. Son vaxtlar bu ölkənin neqativ imicinin dəyişməsi üçün səy göstərilir, krallıq beynəlxalq biznes və turizm üçün daha açıq olur. Yeni idman layihələri də bu siyasətə uyğunlaşdırılır.

Tarix
2020.01.17 / 21:02
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla