Yuxarı

Milliyə çağırılan debütantlar nələr dedi? – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milliyə çağırılan debütantlar nələr dedi? – Foto

Millimizin heyətinə ilk dəfə dəvət olunan iki futbolçu danışıb.

Axar.az xəbər verir ki, "İnter"dən Arif Daşdəmirov, "Xəzər-Lənkəran"dan Ağabala Ramazanov Robert Prosineçkinin dəvətinə münasibət bildirib.

A.Daşdəmirov apasport.az-a deyib ki, dəvət gözləyirdi: "Ümumiyyətlə, Berti Foqtsun vaxtında da həmişə milliyə çağırılacağımı gözləmişəm. Çünki "İnter"in əsas heyət oyunçusuyam. Əgər klubunda oynayırsansa və səni milliyə çağırmırlarsa, bu, futbolçuya pis təsir edir. Şadam ki, Prosineçki məni də Antalya toplanışına cəlb edib. Əlimdən gələni edəcəm ki, onun etimadını doğruldum. Milliyə boş yerə çağırılmadığımı isbatlayacam. Gələn ay Malta ilə oyunumuz var. Həmin görüşə yüksək səviyyədə hazırlaşmalıyıq. Bunu edə bilsək, Maltaya qalib gələcəyimizi düşünürəm".

A.Ramazanovun sözlərinə görə, seçməyə çağırılacağını güman edib:

"Çünki Azərbaycana birinci dəfə gələndə "Bakı" ilə çempionat oyunumuza baxmışdı. Həmin vaxt Rəşad Sadiqov da "Xəzər Lənkəran"da idi. Çıxanda ikimizi soruşmuşdu, oynayıb-oynamamağımızla maraqlanmışdı. Bilirdim ki, diqqət mərkəzindəyəm və çalışırdım ki, üzərimdə daha çox işləyim. Bu seçmə mərhələdə qələbə və xalımız yoxdur. İnşallah, Malta ilə oyunda qələbə gələr. Hazırkı toplanış ərzində özümü elə göstərməliyəm ki, Prosineçki gələn ay da məni yığmaya çağırsın".

Tarix
2015.02.22 / 20:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla