Yuxarı

İbrahimoviçin sözləri Fransanı ayağa qaldırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İbrahimoviçin sözləri Fransanı ayağa qaldırdı

Ulduz futbolçu Zlatan İbrahimoviçin sözləri Fransanı ayağa qaldırıb.

ANS-in məlumatına görə, PSJ forması geyən təcrübəli futbolçu oyundan sonra əsəblərini cilovlaya bilməyib. "Bordo" ilə oyundan 3:2 hesabı ilə məğlub ayrılan PSJ-də isveçli ulduzun hərəkətləri böyük reaksiyaya səbəb olub.

Oyundan sonra 4-cü hakimi tənqid edən futbolçu kameraların onu çəkdiyindən xəbərsiz olub. İbrahimoviç bir az da irəliyə gedərək Fransanı təhqir edib və bu ölkənin PSJ-yə layiq olmadığı bildirib.

"15 illik futbol karyeramda bu ölkədəki kimi müvəffəqiyyətsiz bir hakim görmədim. PSJ bu ölkədə olmamalıdır. Biz bu ölkə üçün çox yaxşıyıq", - deyə futbolçu söyləyib.

Futbolçunun təhqirlərini ekran qarşısından canlı olaraq izləyən idman şərhçiləri də İbrahimoviçi tənqid ediblər. Hətta Fransa idman naziri Patrik Kanner də bu məsələyə münasibət bildirib: "İbrahimoviçin üzüntüsü hakimə və onu qonaq edən ölkəyə təhqir etməsinə haqq qazandırmaz. Ulduz futbolçunun Fransadan üzr istəməsi lazımdır", - deyə nazir vurğulayıb.

Artan tənqidlərdən sonra futbolçu PSJ-nin rəsmi saytından üzr istəyib. O bildirib ki, sözləri yanlış anlaşılıb: "Mənim sözlərim nə Fransa, nə də Fransa xalqına istiqamətlidir. Mən, yalnız futboldan bəhs etdim. Bir matçda məğlub olduğunu qəbul edirəm. Amma hakimin qaydaları yerinə yetirməməsini qəbul etmirəm. Bu cür hadisələr ilk dəfə deyil. Matçdan sonra oyunun stress ilə istəmədən bəzi ifadələr işlətdim. Hər kəsdən üzr istəyirəm", - deyə İbrahimoviç söyləyib.

Tarix
2015.03.16 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla