Yuxarı

“Yazıçı futbol klubunu idarə edə bilərmi?..”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin yeni prezidenti Çingiz Abdullayev təyin edilib? Bu, necə baş verib? Açığı, xəbərim yox idi, sizdən eşitdim".

Bu sözləri Apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. Mircavadov klubun başına yazıçı Çingiz Abdullayevin keçməsi haqda yayılan xəbəri sürprizlə qarşılayıb. Təcrübəli mütəxəssis Abdullayevin romanlarının vurğunu olduğunu bildirib:

"Mən onu güclü yazıçı kimi tanıyıram. Kitabları çoxdu. Abdullayevə böyük hörmətim var. Əsərlərini sevə-sevə oxuyuram".

Mircavadovun fikrincə, əgər bu təyinat rəsmiləşsə, Abdullayevin köməkçiləri mütləq futbol adamları olmalıdır:

"Yazıçı futbol klubunu idarə edə bilərmi? Müasir futbolda biznesmen də klub prezidenti təyin olunur. Roman Abramoviç buna bariz nümunədir. Təki klub üçün faydalı olsun. Yəqin ki, köməkçiləri futbol adamlarından olacaq. Əgər belə olsa, məncə, problemlə üzləşməz".

Tarix
2015.03.31 / 12:08
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla