Yuxarı

Nazirlik Biləsuvarda aksiya keçirdi - Çağırış

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Biləsuvarda aksiya keçirdi - Çağırış

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Maskadan istifadə et”, “Sosial məsafə gözlə”, “Bir-birimizi qoruyaq!”, “Böyüklərimizi qoruyaq” devizləri ilə sosial maarifləndirmə aksiyaları keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, idarə əməkdaşlarının və könüllülərin iştirakı ilə keçirilən aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsidir. Eyni zamanda, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək COVID-19 virusuna yoluxma riskinin minimuma endirilməsindən ibarətdir.

Könüllülər parklarda və küçələrdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə işləri aparıblar. Vətəndaşlara sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verilib. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırıblar.

Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətdə onların fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək, insanlarla ünsiyyətin formalaşmasını təmin etmək və könüllülük hərəkatını inkişaf etdirmək üçün Biləsuvar Rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif tədbirlər davam etdirilir.

Tarix
2020.08.14 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla