Yuxarı

Bakı-2015-in məşəli yandırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-in məşəli yandırıldı

Bu gün "Baki-2015" ilk Avropa Oyunlarının məşəli yandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Trend-in məlumatına görə, tədbir Bakının Suraxanı qəsəbəsindəki "Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunub.

Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.

Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını "Sidney-2000", "Afina-2004" Olimpiya Oyunları və "Doha-2006" Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəlin daşınacağı marşrut boyunca keçiriləcək tədbirlərə minlərlə insanın qatılacağı gözlənilir. Məşəl proqramı çərçivəsində 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.

Tarix
2015.04.26 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla