Yuxarı

“Barsa” alman maşınını əzdi – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Barsa” alman maşınını əzdi – Foto

Çempionlar Liqasında yarımfinal mərhələsində "Barselona" "Bavariya"nı darmadağın edib.

Axar.az xəbər verir ki, matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, 45 dəqiqə boyunca səssizlik pozulmayıb. 76-cı dəqiqədə isə hətta Noyer də Messinin qarşısını ala bilməyib - 1:0.

Qonaqlar özünə gəlməmiş Messi dublunu rəsmiləşdirərək komandasını bir az da qabağa çıxarıb. Oyuna əlavə olunmuş dəqiqələrdə Neymarın vurduğu qol isə darmadağını rəsmiləşdirib.

Qarşılaşma "Barselona"nın sabiq baş məşqçisi Xosep Qvardiola üçün xüsusi önəm kəsb edirdi. Belə ki, ispaniyalı mütəxəssis sabiq klubu ilə duelə çıxırdı. Kataloniya təmsilçisi 2 il əvvəl aldığı böyük hesablı məğlubiyyətlərin əvəzini çıxmaq iddiasında idi. 2012/13 mövsümündə yarımfinalda qələbə qazanan (4:0, 3:0) "Bavariya" həmin vaxt olduğu kimi yenə yarışın qalibi olmaq arzusundaydı. "Barsa" istəyinə nail oldu.

Tarix
2015.05.07 / 02:16
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla