Yuxarı

Papa topu barmağına aldı, amma... – Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papa topu barmağına aldı, amma... – Video

Tanqo sevgisi və argentinalı futbol komandası "San Lorenzoya" olan heyranlığı ilə tanınan Roma Papası Fransisko indi də basketbol marağına görə gündəmə gəlib.

Axar.az xəbər verir ki, Papa Fransisko Vatikanda dünyanın məşhur basketbol komandası "Harlem Qlobtrottersi" qəbul edib.

Oyunçulardan biri Papaya topu baş barmağının ucunda necə çevirəcəyini göstərib. Amma göstərilən hərəkəti etməyə çalışan Papa işin öhdəsindən gələ bilməyib.

Basketbol klubu Papanı fəxri üzv elan edərək ona 90 nömrəli forma hədiyyə edib. Papadan əvvəl komanda Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela daxil olmaqla cəmi 9 nəfərə fəxri üzvlük verib.

Xatırladaq ki, argentinalı Papa 2013-cü ilin avqustunda İtaliyanın paytaxtı Romada qarşı-qarşıya gələn İtaliya və Argentina milli komandalarının oyunçularını qəbul etmişdi.

Tarix
2015.05.08 / 12:43
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla