Yuxarı

Güləşçilərimiz Fransada 5 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçilərimiz Fransada 5 medal qazandı

Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-Pri turniri davam edir.

Axar.az xəbər verir ki, yanvarın 16-da sərbəst güləşçilər mübarizə aparıblar.

Mübarizəyə 1/4 finaldan qoşulan güləşçimiz İslam Bazarqanov (57 kq) Rumıniya təmsilçisini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb. Pəhləvanımız amerikalı güləşçi ilə gərgin keçən mübarizədə də güclü tərəf olaraq finala adlayıb. İ Bazarqanov finalda digər amerikalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Millimizin üzvü Turan Bayramov (65 kq) ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. Dörddəbir finalda Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən gənc pəhləvanımız adını yarımfinala yazdırıb. Finalın bir addımlığında amerikalı dünya ikincisinə uduzan həmyerlimiz fransalı güləşçiyə növbəti dəfə qalib gələrək turniri üçüncü pillədə başa vurub.

Hacımurad Hacıyev (74 kq) ilk mərhələdə isveçrəli rəqibi üzərində inamlı qələbə qazanıb. Daha sonra H.Hacıyev Moldova güləşçisini çox qısa vaxtda xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Amerikalı rəqibinə uduzan təmsilçimiz daha sonra alman güləşçini çətinlik çəkmədən məğlub edərək bürünc medala sahib olub.

Millimizin üzvü Abubakr Abakarov (86 kq) debütdə Rusiya idmançısına yenilib. Təsəlliverici görüşdə polşalı rəqibini çətinliklə üstələyən A.Abakarov bürünc medal uğrunda mübarizədə İsveçrə nümayəndəsi üzərində də qələbə qazanıb.

Turnirdə 92 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Osman Nurməhəmmədov ilk görüşdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə Almaniya idmançısını vaxtından əvvəl məğlub edib. Polşalı güləşçiylə bacarmayan pəhləvanımız bunun əvəzini İsveçrə təmsilçisindən çıxıb. Yekunda qazandığı 3 qələbəyə görə, O.Nurməhəmmədova gümüş medala layiq görülüb.

Beləliklə, sərbəst güləşçilərimiz Qran-Pridə iki gümüş və üç bürünc medal əldə ediblər. Komanda hesabında 135 xal toplayan millimiz 3-cü yeri tutub.

Tarix
2021.01.17 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla