Yuxarı

Tale Heydərov hədəfini açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqasının sonuncu turunda "Bakı" üzərində 3:0 hesablı qələbə sayəsində çempionatın bürünc medallarına sahib çıxan "Qəbələ" klubunun prezidenti Tale Heydərov mükafatlandırma mərasimindən sonra apasport.az saytına müsahibəsində komandanın başa çatan mövsümdəki çıxışını dəyərləndirib.

- Komandanız ötən il olduğu kimi, mövsümü yenə üçüncü pillədə başa vurdu. Çempionatın yekunu ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Komanda tələb olunan minimum vəzifənin öhdəsindən gəldi və mövsümü üçüncü pillədə başa vurdu. Təbii ki, bu, sevindirici haldı. Növbəti mövsümdə hədəf çempion olmaqdı, qızıl medallar uğrunda mübarizə aparacağıq. Məşqçi və futbolçu heyəti ilə buna nail olacağımıza ümid edirəm.

- Baş məşqçi Roman Qriqorçukun fəaliyyətinin sizi qane etdiyini söyləmək olarmı?

- Bəli, qane edir. İlk oyunlarda müəyyən çətinliklər oldu, uğursuzluq yaşadıq. Ancaq sonradan komandamız məğlubiyyətsiz oyunlar seriyası yaxaladı və bunu davam etdirdi. Oyun üslubundan razıyam. Çünki komanda mən istəyən üslubda çıxış edir. Bunu davam etdirməsini istərdim.

- Qarşıda Avropa Liqasının oyunları var. Bu dəfə uğurlu çıxış etmək üçün heyəti gücləndirməyi düşünürsünüzmü?

- Bir neçə futbolçunu komandaya dəvət etmək istiqamətində işlər görülür. Təbii ki, yollarımızı ayırdığımız futbolçular da olacaq. Yeni heyətlə bir neçə mərhələ keçmək istəyirik.

- Əsas stadionun inşası ilə bağlı hansı planlarınız var? Yoxsa bununla kifayətlənəcəksiniz?

- Tələbat olduğu yerdə böyük stadionlar tikilir. Hazırkı stadionumuz bizi qane edir. Azarkeşlərimiz üçün kifayət qədər yerimiz var. Ehtiyac olacağı halda, stadionu böyütmək haqda qərar verəcəyik.

Tarix
2015.05.29 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla