Yuxarı

Günün həyəcanı: 22 illik həsrət bitəcəkmi? – Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günün həyəcanı: 22 illik həsrət bitəcəkmi? – Video

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Axar.az xəbər verir ki, mövsümün son qarşılaşması Qəbələdə baş tutacaq. Ölkə çempionu olmuş "Qarabağ" və Premyer Liqanı 4-cü sırada bitirmiş "Neftçi" mübarizə aparacaq. Ən son 6 il əvvəl kubokda final oynamış "Qarabağ" daha bir titul qazanaraq 22 ildən sonra yenidən "Qızıl dubl"u rəsmiləşdirmək istəyir.

Ağdamlılar tarixindəki ilk və tək belə uğura 1993-cü ildə nail olub. 8-ci dəfə final oynamağın həyəcanını yaşayacaq "Qarabağ" bu mübarizədən qalib ayrılsa, 4-cü dəfə kuboku qazanmış olacaq. Bununla da "Qarabağ" "Kəpəz"in göstəricisini təkrarlamış olacaq.

Finalın digər iştirakçısı "Neftçi" isə 10-cu dəfə çıxdığı həlledici qarşılaşmada 7-ci qələbəsini qazanmaq niyyətindədir. Son iki ilin kubokunu muzeyinə aparan "ağ-qaralar" bu dəfə də ənənəni davam etdirməyə məcburdur. Əks halda, mövsüm titulsuz başa vurulmuş olacaq. Komandalar ölkə kubokunun finalında son dəfə 19 il əvvəl, 1996-cı ildə qarşılaşıblar. Həmin görüşdən 0:3 hesablı məğlubiyyətlə ayrılan "Qarabağ" bu dəfə meydana həm də qisas əzmi ilə çıxacaq. "Neftçi" daim çempionluq və kubok uğrunda oynayan komandadır. Bu mövsüm Azərbaycan çempionu olmasaq da, minimum vəzifəni yerinə yetirib Avroliqaya vəsiqə qazandıq", - bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov jurnalistlərə deyib.

O, həmçinin Ağdam klubuna qalib gəlməyə çalışacaqlarını söyləyib:

"Rəqibimiz çempiondur, amma mən komandama inanıram. İstəyirik ki, "Qarabağ"la oyunlarımızdakı uğursuzluq sindromunu qıraq və qalib gələk".

Tarix
2015.06.03 / 16:26
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla